5 və 7 yaşlı qızlara zorakılıq edən şəxsə hökm oxunub

Qızlara zorakılıq edən şəxs həbs olunub. GAXA-nın gürcü mətbuatına istinadən məlumatına görə, 5 və 7 yaşlı qızlara qarşı törədilən zorakılığı həyata keçirən şəxs günahını boynuna alıb. O, məhkəmənin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Prokurorluğun açıqlamasında "Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayanlara qarşı törədilmiş qanunsuz əməllərinə görə 9 il azadlıqdan məhrum edilib",- deyə bildirilib.

Prokurorluqdan verilən məlumata görə, Tiflis Şəhər Məhkəməsi ittiham tərəfinin təqdim etdiyi dəlilləri bölüşüb və D.D-nı iki azyaşlıya qarşı zina etməkdə ittiham edib. Həbs olunan şəxs məhkəmədə günahını etiraf edib.

GAXA.ge