Tiflisdə binanın sökülməsi zamanı üç fəhlə dağıntılar altında qalıb

Hadisə Mixail Lermontov küçəsindəki təcili yardım binasının sökülməsi zamanı baş verib. Bina sökülən zaman divar çöküb və 3 nəfər dağıntılar altında qalıb. GAXA-nın məlumatına görə, hadisə barədə Təcili Yardım Xidməti xəbər verib.

Məlumata görə, qısa müddətdə hadisə yerinə yanğınsöndürmə qrupu cəlb edilib. Ərazidə polis, xilasedicilər və təcili yardım nümayəndələri işləyib. Hər üç fəhlə dərhal xilas edilib və onlar klinikaya çatdırılıb.

Fövqəladə Hallar Xidmətindən verilən məlumata görə, yüngül xəsarət alan fəhlələrə həkimlər tərəfindən ilkin yardım göstərilib.

GAXA.ge