Gürcüstanda koronavirusa yoluxma 208-ə çatıb

Bu vaxta qədər Gürcüstanda 208 koronavirus infeksiyası qeydə alınıb. GAXA-nın məlumatına görə, bu məlumat hökumət tərəfindən yaradılan xüsusi stopcov.ge saytında yenilənib.

Qeyd edilib ki, indiyədək 46 vətəndaş sağalıb, 3 xəstə koronavirusdan ölüb.

Bildirilib ki, 4674 nəfər karantin rejimində, 362 nəfər isə həkim nəzarəti altında xəstəxanada müalicə alırlar.

GAXA.ge